Satılır 6 otaqlı həyət evi/bağ evi 500 m², Abşeron r.
MÖHTƏŞƏM VİLLA SATILIR — MASAZIR DAİRƏSİ YAXINLIĞINDA
Masazır dairəsinə çatmamış, yolun sağ tərəfində yerləşən villalar sırasında, yola yaxın ərazidə ümumi sahəsi 8,5 sot olan möhtəşəm villa satışa çıxarılıb.
Villa sahibi tərəfindən xüsusi zövqlə, şəxsi yaşayış üçün tikilib və tikinti zamanı yüksək keyfiyyətli, bahalı materiallardan istifadə olunub.
Ev haqqında
2 mərtəbədən ibarətdir
Böyük və geniş qarajı var
Həyəti zövqlə abadlaşdırılıb və müxtəlif gözəl ağaclarla bəzədilib
Kamera müşahidə sistemi mövcuddur
Yuxarı mərtəbədə: 1 geniş holl, 4 yataq otağı və sanitar qovşaq
Aşağı mərtəbədə: 2 otaq, mətbəx və sanitar qovşaq
Sənədlər
Həm evə, həm də torpaq sahəsinə xüsusi mülkiyyət çıxarışı (kupça) mövcuddur.
Yerləşmə və infrastruktur
Villa həm yaşayış, həm də infrastruktur baxımından olduqca əlverişli ərazidə yerləşir. Yaxınlıqda:
Ağ Otel
Araz Market
Azer City Market
Digər gündəlik tələbat obyektləri
Ərazinin əsas üstünlüklərindən biri isə evə yaxın məsafədə yerüstü piyada keçidinin olmasıdır.
Villa geniş həyəti, əlverişli yerləşməsi, keyfiyyətli tikintisi və sənədlərinin tam olması ilə seçilir.
Real alıcıya endirim möbcuddur.
Əlavə məlumat və ətraflı baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı: 1%